"Atamı sonuncu dəfə 2016-cı ildə Amerikaya gedəndə görmüşəm. Sonra anam gəlib mənə baş çəkdi, amma atam gəlmədi. Atam telefonla danışmağı sevən adam da deyil. Orada olduğum müddətdə bir neçə dəfə telefonda danışmışdıq. Əsasən də son bir ildə onun səhhətində problem yarananda çalışırdım ki, daha çox kontaktda olum. Amma elə oldu ki, mən sənəd gözləyirdim. 2022-ci ilin aprel ayında Bakıya gəlməli idim. Apreldə gəlsəydim, atamla görüşə biləcəkdim. Amma sənəddə bir gecikmə oldu. Vəkil sənədlə bağlı müraciət edəndə rəqəmlərdə səhvə yol vermişdi. Deyəsən, bu rəqəm doğum tarixi ilə bağlı idi. Dəqiq xatırlamıram. Belə olan halda problem çıxdı".
Milli.Az xəbər verir ki, bu sözləri keçmiş "HOST" qrupunun üzvü, AİD ləqəbi ilə tanınan reper Orxan Zeynallı qonaq olduğu junalist Pərviz Hüseynin aparıcısı olduğu "Pərvizə görə" verilişində deyib.
Sənətçi atası tanınmış jurnalist Araz Zeynalovla münasibətlərindən eləcə də onun xəstəliyindən söz açıb:
"Atamın səhhətinin pisləşdiyi bir vaxtda deyildi ki, sizin sənədlər hazır olmaq üzrədir. Bir il "bu gün, sabah" fikri ilə keçdi. Elə oldu ki, atam rəhmətə gedən gününün səhəri mənim sənədim gəldi. Tam olaraq sənədim ertəsi gün gəldi. Bu mənim üçün çox qəribədir. Beş gün, bir həftə sonra da o sənəd gələ bilərdi. Anladım ki, gəlməyimin artıq bir anlamı yoxdur. Çünki Amerikadan Bakıya gəlmək xüsusi hazırlıq tələb edir. Ailəmlə də məsləhətləşdim. Atamın ölümünün 40-cı günü gəlməyimin daha məqsədəuyğun olduğunu qərarlaşdırdım. Həm də uzun müddət qala biləcəkdim. Məni daha çox üzən və peşman olduğum atam xəstə ikən yanında olmamağım idi. Amerikada yaşadıqlarım, qazandıqlarım, yaradıcılığıma bu möhtəşəm təsiri doğma olan 3-4 insandan birinin xəstələndiyi dönəmdə yanında olmamağıma dəyərdi mi? Bu fikirlər məni rahat buraxmır. Bir çox mahnılarımda bu mövzuya toxunmuşam. Toxunanda da sonradan o hissləri çıxarıram. Anlayıram ki, bu insanları yora bilər. Amma yazıram, içimdən çıxarıram... Bu mahnıları paylaşmıram. "İllər sonra" səhnədə oxuyanda, məşqin özündə belə görürəm ki, çox təsirlənirəm və mənim üçün çox çətin olur. Düşünürəm ki, bu möhtəşəm mahnıdır, mənə uğur gətirir amma kaş ki, yazmazdım, yəni bu mahnını yazmağa bir səbəb olmazdı".
Orxan "Əgər bu sənəd tez hazır olsaydı, atanıza gəlib nə demək istəyərdiniz?" sualına belə münasibət bildirib: