Xəbər verdiyimiz kimi, “TikTok” sosial şəbəkəsində əxlaqsızlığı təbliğ edən və müxtəlif adlar altında əyləncə yarışları təşkil edən şəxslərə qarşı hüquq-mühafizə orqanları əməliyyat keçirib.
Məlumata görə, “TikTok”da Azər Zahidin başçılığı ilə təşkil olunan yarışmalarda baş verənlər vətəndaşların narazılığına səbəb olub. Həmin səhifələri idarə edən “emin_resad” və “azerzahid6669966” adlı səhifələrin idarəçiləri – Abdullayev Emin və Rəşad qardaşları, eləcə də Azər İsmayılov saxlanılıb.