Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşları həbs edilib. Tutulanlar qanunsuz plastik cərrahiyyə əməliyyatlarının aparılması üçün saxta sertifikatlar təqdim etməkdə şübhəli bilinir.
Tutulan 6 şəxsdən biri saxta sertifikatlarla bağlı qalmaqallı yazılarda adı çəkilən Kadrlar, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Araşdırma yazılarında adı keçən digər şəxslərin də, o cümlədən səhiyyə nazirinin müavini İlqar Qasımovun həbs ediləcəyi iddia olunur.
Səhiyyə Nazirliyinin mətbuat xidməti “məsələ ilə bağlı bəyanat veriləcəyini” açıqlayıb.
Xatırladaq ki, dekabr 12-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti qanunsuz plastik əməliyyatlarla bağlı mətbuatda yayılan və 1 xəstənin ölümünə səbəb olan məlumatlara əsasən araşdırma başladığını açıqlayıb.
Bu ilin noyabrında isə ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova yaxın qohumunun Bakıda fəaliyyət göstərən plastik cərrahların qurbanı olduğunu açıqlayıb. Jurnalist saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alanların adlı siyahısını “Azərbaycanın Estetik Cərrahiyyəsinin üzü - Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı” qeydi ilə yayımlayıb:
“2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır: bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?
Cavab sadədir, əziz oxucu. Səhiyyə Nazirliyinə bir “səmimi” rüşvət - düz 30 min manat! ödəyib “möcüzəvi şəkildə” ixtisas dəyişdirmək mümkündür. 30 min manata nazirlik dövlətin möhür və imzasını belə “hədiyyə” edir. Nə deyək, məbləğ o qədər “ucuzdur” ki, insanın az qala ürəyi ağrıyır. Bu möhtəşəm sertifikatın qiymətini niyə 500 min manat etməyiblər? Axı, peşəkar fırıldaqlar daha bahalı olmalıdır, elə deyilmi?
Əlbəttə, saxta cərrahlarımız da özlərini daha inandırıcı göstərmək üçün xaricdə qısamüddətli kurslara qatılırlar. Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “Beynəlxalq sertifikatlı estetik cərrah” olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni istəsəniz, siz də gedib orada oturub “beynəlxalq mütəxəssis” kimi özünüzü hiss edə bilərsiniz! Nə gözəl bir dünya, deyilmi?
Siyahını yaymaqda məqsədim heç kimi gözdən salmaq deyil. İstəyirəm, insanlarımız belə “müasir” və “asan” yolla estetik cərrah olan həkimlərə aldanmasın. Əgər əməliyyat etdirmək istəyirsinizsə, seçdiyiniz həkimin təhsilini və peşəkarlığını diqqətlə araşdırın. Axı, sağlamlığınız ucuz saxta sertifikatlardan daha qiymətlidir, elə deyil? Hə, sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”.
Qənirə Ataşovanın yaydığı siyahını təqdim edirik:
Saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alanların SİYAHISI
1. İsmayılova İnarə Azər qızı AH N039732 – Məlhəm Klinikası
2. Babayev Rövşən Vahid oğlu AH N039707 - Referans Estetik Mərkəz
3. Əmiraslan Əmiraslanov Rəsim oğlu AH N053249 - International Medical Center
4. Svetlana İbadullayevə Suleyman Q. Şahadətname No: 2491 Referans Estetik Mərkəz
5. Səkinə Xudiyeva Fərmayil qızı AH N045184 - Badam Medical Center Plastik Cərrah_Sakina_Xudiyeva
6. Vüsal Abdullayev - Badam Medical Center
7. Seymur Məmmədov İlqar Sertifikat AH N-052506 - Vımay Medical Center
8. Sevinc Heydərova Abısalam qızı - Respublika Diaqnostika Mərkəzi ATU 2003-2009 Dr.Sevinc.Heyderova
9. Elvira Rəhmanzadə Hüseyn qızı Sert: AH N047401 - National Prime Hospital Dr. Raxmanzade"
10. Hüseynzadə Əlif Hüseyn oğlu - National Prime Hospital Dr. Alifplast
11. Magamed Polukhov Xanlar oğlu AH N037747 - Funda Hospital Dr. Poluxov_m
12. Rabil Osmanov Üzeyir oğlu AH N045587 - Mercan Klinik Dr. Rabil_Osmanov
13. Elçin Ələsgərov Rəsim oğlu AH N047463 - Məlhəm Hospital
14. Mais Nəzərov Vaqif oğlu AH N044050 - Artromed Tibb Mərkəzi Dr_Nazarov_Mais
15. Pərviz Əhmədov Nizami oğlu - Badam Medical Center
16. Mirəzi Zaidov - HTC Cliniva Hospital, 08.04.1968
17. Taleh Huseynzade Azad oğlu 1992 DrTalehPlast
18. Günəş Piriyeva Abuzər qızı - Kəpəz Hospital İxtisası uzi həkimidir Dr GuneshPiriyeva
19. Hacı Kazımlı İlham oğlu - A Medical Hospital Dr.Hacı_Kazımlı
20. İbrahimov Famil Namiq oğlu 1991 - Laser Beauty Clinic VIP Dr Familİbrahimoff
21. Qüdrət Orucov Rəsim oğlu 1990 - laser Beauty Clinic Op Dr QudretOrucov


