Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Karantin qaydalarını pozanlar xəstəxanalarda sanitar, xadimə kimi işlədilməlidir” – Həkim

1 065
Paylaş:
“Karantin qaydalarını pozanlar xəstəxanalarda sanitar, xadimə kimi işlədilməlidir” –       Həkim

“SARS-COV-2 pandemiyasına qalıb gəlməyin birinci yolu, qızıl qaydası insanların inamından keçir. İnsanları bu virusun varlığına və COVID-19 xəstəliyinin təhlükəli olmasına qısa müddətdə inandırmağın yollarını göstərməyi özümə bir həkim, bir vətəndaş kimi borc bilirəm”.

Pravda.az-ın xəbərinə görə, bunu Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.

“İlk olaraq karantin rejimini pozanları məhkəmə qərarları əsasında 50-200 saat ictimai işlərə cəlb edilməsi və xüsusi rejimli koronavirus xəstəxanalarında sanitar, xadimə, porter, texniki işçi və sair qismində polis nəzarətində işlədilməsi lazımdır. Bu proses mətbuatda, televiziyalarda geniş işıqlandırılmalıdır” – Ə.Rüstəm qeyd edib.Teleqraf

Paylaş:

Ən son xəbərlər