BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Paşinyanın biabır oldiğu səhnələr hər kəsin yadındadır”

“Prezident İlham Əliyev öz çıxışında Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsinə, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməsinə diqqəti çəkərək, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də Ermənistan tərəfindən icra edilmədiyini bildirdi. Bir daha bəyan etdi ki, danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, "Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır  və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır! Ermənistanın baş naziri beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə çətin vəziyyətə düşdü. Belə ki, Nikol Paşinyan Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı işinə toxunaraq qərarın mahiyyətini saxtalaşdırmağa və Sammit iştirakçılarını aldatmağa cəhd etdi. Amma açıq-aşkar yalançılıq etməklə özü-özünü ifşa etdi. Onun dediklərinin əksinə olaraq Məhkəmə Azərbaycan dövlətini baş vermiş hadisədə müqəssir bilməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi qeyd olunub. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə faktlarla susduruldu”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Emin Hacıyev deyib.

 

“Prezident İlham Əliyev çıxışında Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini sübut edən çoxsaylı faktlardan birinə toxunaraq Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxsin sonradan Ermənistana ekstradisiya edildiyini və Ermənistan prezidenti tərəfindən əfv olunduğunu xatırlatdı. Qeyd edim ki, bu, Ermənistanın baş nazirinin beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan Prezidenti qarşısında aciz və gülünc vəziyyətə düşdüyü ilk hadisə deyil. Bundan əvvəl Valday Klubu, Aşqabadda MDB dövlət başçılarının sammiti, Münhen Təhlükəsizlik konfransında Paşinyanın biabır oldiğu səhnələr hər kəsin yadındadır” – E.Hacıyev qeyd edib.

Tarix: 23 İyun 2020, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin