Bakının Nizami rayonunda yaşayış evində baş verən yanğın söndürülüb.
Bakıda yanğın
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.