Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qəzaya düşən bloqerlərin vəziyyəti açıqlandı - FOTO

1 313
Paylaş:
Qəzaya düşən bloqerlərin vəziyyəti açıqlandı -       FOTO

İsmayıllı-Şamaxı yolunda qəzaya düşərək xəsarət alan inflüenserlərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü (qadın cinsli) şəxs dekabrın 23-də saat 14:30-da Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.

"Qapalı fəqərə sınığı travması (Th11 fəqərəsinin kompression fəsadlaşmayan sınığı) diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Daha sonra pasiyentin iltizamnaməsi alınaraq ambulator müalicə üçün tibb müəssisəsindən buraxılıb",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün səhər saatlarında inflüenserlər Mehin Oktaylı və Mesi Rəhman "Mercedes Vito" markalı avtomobillə İsmayıllı-Şamaxı yolunda qəzaya düşüblər.

Paylaş:

Ən son xəbərlər