Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda yanğın - YENİLƏNDİ

1 440
Paylaş:
Bakıda yanğın -   YENİLƏNDİ

Bakı şəhəri, Yasamal rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Şəfayət Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA- ya verilən məlumata görə, Yasamal rayonu, Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsində baş verən yanğın səbəbindən Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

***

17:44

Bakının Yasamal rayonu, metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında çoxmərtəbəli binada yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, Yasamal rayonu, Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsində yanğın hadisəsi baş verib. Bu səbəbdən Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Paylaş:

Ən son xəbərlər