Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Təyyarə qəzasında yaralanan şəxsin anası: "Oğlum dedi, iş yerindəyəm"

1 099
Paylaş:
Təyyarə qəzasında yaralanan şəxsin anası: "Oğlum dedi, iş yerindəyəm"

"Oğlum Qroznıya, dostlarının yanına gedirdi. Bu gün səhər 8 radələrində zəng edərək təyyarənin 9-a işləmiş qalxacağını və çatanda xəbər edəcəyini dedi".

Bunu təyyarə qəzası nəticəsində xəsarət alan Şəmkir rayon sakini Samir Alıyevin anası Güllü Alıyeva APA-ya açıqlamasında deyib.

"Saat 12-nin yarısınadək gözlədim, bir xəbər olmadı. 12-nin yarısı zəng edərək iş yerində olduğunu dedi. Daha sonra qohumlardan öyrəndim ki, təyyarə qəzaya düşüb", - deyə G.Alıyeva bildirib.

Onun sözlərinə görə, daha sonra oğlu özü onunla əlaqə saxlayıb:

"Səs ataraq dedi ki, Allaha şükür, sağam, xəstəxanadayam, yaralanmışam, keçəcək. Yanında olanlardan narahat idi. Bundan sonra əlaqə kəsildi".

Paylaş:

Ən son xəbərlər