AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra 14 Azərbaycan, 9 Rusiya və 3 Qırğızıstan vətəndaşı sağ qalıb.
Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
“Göyərtədə 37 Azərbaycan vətəndaşı olub – 23-ü ölüb, 14-ü sağ qalıb, 16 Rusiya vətəndaşı olub – 7-si ölüb, 9-u sağ qalıb, Qırğızıstan vətəndaşlarının hər üçü sağ qalıb, təəssüf ki, Qazaxıstandan olan 6 sərnişinin hamısı ölüb”, - Karabayev Aktauda keçirdiyi brifinqdə deyib.
Ümumilikdə ölənlərin sayı 38 nəfər təşkil edir.