AzAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.
Bu barədə Qazaxıstanın baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayevin iştirakı ilə Aktauda keçirilən mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. Sağ qalanlar müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Yaralılar arasında vəziyyəti ağır olanlar var.