Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC qəzaya uğrayan təyyarə ilə bağlı birgə məlumat yayıb.
Pravda.az xəbər verir ki, birgə məlumatda “Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcəyi bildirilir.