Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində yaralananların vəziyyəti, reanimasiyada olan 3 nəfər istisna olmaqla, yaxşıdır.
Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
“Nəqliyyat naziri ilə hadisə yerində olduq. Daha sonra yaralılara baş çəkdik. Gördüyümüz yaralıların vəziyyəti, reanimasiyada olan 3 nəfər istisna olmaqla, yaxşıdır. Həlak olanların kimliyi müəyyən edildikdən sonra, onların cənazələri Azərbaycana gətiriləcək. Yaralıların Azərbaycana gətirilməsi həkimlərin məsləhətinə əsasən psixoloji durumları ilə əlaqədar bu gün həyata keçirilmıdi. Yüngül yaralılar yəgin ki, yaxın günlərdə, bəlkə də sabah və ya o biri gün ölkəyə gətiriləcək”, - deyə nazir bildirib.