Baku TV Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarədə olan sərnişinlərdən biri - 47 yaşlı Rəşad Əhmədovun evində olub.
Onun həyat yoldaşının sözlərinə görə, Rəşad Əhmədov Bakıda balıqçılıqla məşğul olurmuş və Qroznıya da bu işi davam etdirmək üçün müqavilə bağlamağa gedirmiş.