“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Aktauya göndərilmiş Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətiriliblər.
Pravda.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.