Qazaxstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib.
Bakı-Qroznı marşutu ilə hərəkət edən, Qazaxstanın Aktau şəhərində qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan sərnişinlərdən Balakən rayon sakini 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi rayona gətirilərək bu gün səhər saatlarında ailəsinə təhvil verilib.
R.Filiyev saat 10 radələrində doğulduğu Şərif kənd qəbirsanlığında dəfn olunacaq.