Azərbaycan Mərkəzi Bankı (AMB ) “Merkuri BOKT”, "BOKT AZPUL" və “Nova Credit BOKT”-nin vəzifəli şəxslərini cərimələyib.
Mərkəzi Bank “Merkuri BOKT”, "AZPUL" və “Nova Credit”in vəzifəli şəxslərini cərimələdi
Bu barədə AMB məlumat yayıb.
Aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Merkuri Bank olmayan kredit təşkilatı” ASC-nin və “Nova Credit Bank olmayan kredit təşkilatı” MMC-nin vəzifəli şəxsləri 1 500 manat, AZPUL MMC-nin vəzifəli şəxsi isə 4 500 manat məbləğində cərimə edilib.