Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.
Təlimin növbəti mərhələsində ərazidə komanda məntəqələrində qərargahın qərar qəbuletmə prosesi həyata keçirilib, təlim-döyüş tapşırığına uyğun komandir heyətinin məruzələri dinlənilib.