Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan ekipaj üzvü Zülfüqar Əsadov hadisənin baş vermə anından danışıb.
Hazırda xəstəxanada olan Z.Əsadov 1988-ci ildən bəri təyyarə bələdçisi olaraq çalışdığını bildirib.
O hadisənin baş vermə anını danışıb:
"Birinci suya enmə qərarı verilmişdi, sonra isə qərar dəyişdi, quruya enməli olduq. Suya ensək heç kim sağ qalmayacaqdı.
Hadisə zamanı təyyarə 2 yerə bölündü. İlk ön təkərlər dəydi. Təkər dəyən məqam qabaq kabinedə bizim bələdçi orda oturmuşdu, bu zaman təyyarə aralandı. Təyyarənin yerdə qalan hissəsi sürtündü daha sonra dayandi, istiqaməti başqa oldu. Təyyarənin digər hissəsi dayananda mənim huşum ayıq idi. Gördüm ki, hər kəs təyyarə çevrilməsi nəticəsində başları aşağı çevrilib. Yanımda olan stüardessa Aydana dedim ki, bir az çəkil qapını açım içəri hava girsin. Havasızlıq vardı içəridə. Qapını açandan sonra insanlara təcili təyyarədən çıxmalarını bildirdim. Biz təyyarədən düşəndə bizi kömək gözləyirdi. Orda olan işçilərlə birlikdə vətəndaşları tam çıxartdıq. Biz yerə dəyəndə o qədər silkələnmə vardı ki, mən elə bilirdim ki, ölmüşəm".
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.