Dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin “qara qutusu”na ilk olaraq Rusiya FTB və Rusiya dövlət aviasiya xidmətlərinin nümayəndələri baxıb. Bakupost.az xəbər verir ki, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri, general-mayor Alnur Musayev telemarafon zamanı deyib.
O qeyd edib ki, yaz-yay aylarında Qazaxıstanda müxalifətin informasiya sahəsi “təmizlənib” və vəziyyət Rusiyadakı kimidir. Onun fikrincə, elə buna görə də Qazaxıstanın qondarma müxalifət mediası da təyyarə qəzasının Rusiya versiyasını, bunun quşların təsiri ilə olduğunu təbliğ edir və bütün vasitələrlə həqiqəti gizlətməyə çalışırlar.
Musayev qeyd edib ki, dünən Rusiyada olduğu kimi Qazaxıstanda da hökumətin iclasında təyyarənin vurulmasında Rusiya silahlı qüvvələrinin günahı məsələsindən yan keçərək daha çox fəlakətdə quşların iştirakından danışılıb.