"Bəniz" kimi tanınan tiktoker Aybəniz Xəlilova haqqında yenidən həbs qərarı verilib. Pravda.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun barəsində 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak tələb etməklə törədildikdə və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə əlavə ittiham elan edilib.
Prokurorun təqdimatı və zərərçəkmişin vəsatəti əsasında "Bəniz" barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.