"Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzası ilə bağlı çoxlu cavabsız suallar var". Bu barədə Türkiyənin "Haber Global" telekanalının hazırladığı süjetdə qeyd olunub.
Süjetdə bildirilir ki, hadisənin arxasında Rusiyanın olduğu üzə çıxıb, indi xeyli sual var:
"İçərisində 67 nəfər olan "Azərbaycan Hava Yolları"na məxsus təyyarə çərşənbə günü Qroznıya getmək üçün Bakıdan havaya qalxıb. Lakin o Çeçenistanın paytaxtına yaxınlaşarkən qəfil marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhərinə doğru irəliləyib. Təyyarə təcili eniş etmək istəyərkən yerə çırpılıb. Azərbaycan rəsmilərinin məlumatına görə, hadisəyə Rusiyaya məxsus raketlər səbəb olub. Təyyarə Rusiya hava məkanına daxil olarkən Ukrayna PUA-larını vurmağa çalışan Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən hədəfə alınıb. "Pantsir-S" sistemindən atılan raket təyyarənin düz yanında partlayıb. Qəlpə parçaları təyyarənin gövdəsində irili-xırdalı dəliklər yaradıb. Pilotlar qəza siqnalı verib və təcili eniş tələb ediblər, lakin zədələnmiş təyyarənin Rusiyanın iki hava limanına enməsinə icazə verilməyib. Əksinə, təyyarə daha uzağa - Xəzərin o biri sahilindəki Aktau hava limanına yönəlib".
Qeyd olunur ki, bu məqamlar hadisənin məqsədyönlü şəkildə törədildiyini göstərir: