Azərbaycanda dekabrın 28-i saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunur.
Pravda.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, düşən yağıntının miqdarı Culfa, Balakəndə 5, Naxçıvan, Sədərək, Ağdamda 4, Oğuz, Şəki, Ağstafa, Qəbələ, Tərtər, Şərur, Xaçmaz, Ceyrançöl, Zəngilan, Füzuli, Quba, Ordubad, Daşkəsən, Naftalan, Şəmkir, Tovuz, İsmayıllı, Şamaxı, Gəncə, Qobustan, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Neftçala, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerik, Astara, Goranboyda 3 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm- dir.