Daha bir Zaqatala sakininin təyyarə qəzasından sağ çıxdığı məlum olub.
Pravda.az xəbər verir ki, yaxınlarının Lent.az-a verdiyi məlumata görə, Danaçı kənd sakini Müslümət Siracavova qəzadan sonra koma vəziyyətində xəstəxanaya çatdırılıbmış. O, bu gün ayılıb və kimliyini deyə bilib.
Hazırda onun oğlu da yanındadır.
Qeyd edək ki, M. Siracova təyyarə qəzasından sağ çıxan digər zaqatalalı sərnişin Nurulla Siracovun həyat yoldaşıdır.

