Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Təyyarə qəzasını araşdıran beynəlxalq ekspertlərin təmsil etdiyi ölkə və qurumlar məlum olub

1 565
Paylaş:
Təyyarə qəzasını araşdıran beynəlxalq ekspertlərin təmsil etdiyi ölkə və qurumlar məlum olub

Aktau yaxınlığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzasının səbəbləri ilə bağlı 17 beynəlxalq ekspert tərəfindən araşdırma aparılır.
 

Bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
 

Onun sözlərinə görə, 17 nəfərin arasında “Embraer” şirkətindən 2, Braziliyanın Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzindən (CENIPA) 3, Dövlətlərarası Aviasiya Komitəsindən isə 3 ekspert yer alıb.
 

Eyni zamanda, ekspertlərdən 6-sı Azərbaycan, ikisi isə Rusiya Federasiyasındandır.


Kanat Bozumbayev tezliklə Beynəlxalq Mülki Aviasiya Təşkilatından da (ICAO) ekspertin gələcəyini əlavə edib./APA

Paylaş:

Ən son xəbərlər