Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Aktau yaxınlığında qəzada həlak olan ekipaj üzvlərinin və 21 sərnişinin nəşləri Bakıya gətirilib

1 361
Paylaş:
Aktau yaxınlığında qəzada həlak olan ekipaj üzvlərinin və 21 sərnişinin nəşləri Bakıya gətirilib

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşlərini Bakıya gətirilib.

Pravda.az xəbər verir ki, nəşləri gətirən FHN-nin xüsusi təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Paylaş:

Ən son xəbərlər