Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq vəzifəlilər 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.