Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Operativ Qərargah məlumat yaydı: Azərbaycanda 508 nəfər koronavirusa yoluxdu – SON DƏQİQƏ

1 454
Paylaş:
Operativ Qərargah məlumat yaydı: Azərbaycanda 508 nəfər koronavirusa yoluxdu –     SON DƏQİQƏ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 508 yeni yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Paylaş:

Ən son xəbərlər