Dekabrın 28-də saat 15 radələrində Sahil qəsəbəsində naməlum şəxsin özünü istilik idarəsinin işçisi kimi təqdim edərək mənzillərdən birinə daxil olması, evdəki azyaşlı qızın başına əli ilə xəsarət yetirərək oradan qızıl boyunbağı və bəzək əşyalarını talaması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən 27 yaşlı Samiq Şəkərəliyev müəyyən olunaraq saxlanılıb.