Prezident İlham Əliyev "Embraer 190" tipli sərnişin təyyarəsində qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama görə, Əliyeva Hökumə Cəlil qızı "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunub. Stüardessanın atası Cəlil Əliyev bu barədə "Unikal"a açıqlamasında ölkə liderinə təşəkkürünü bildirib:
"Prezidentimə təşəkkür edirəm, dövlətimiz, millətimiz sağ olsun".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.