Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda avtomobil polis bölməsinin hasarına çırpılıb.
Yayılan məlumata görə, hadisə bu gün səhər saatlarında Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Avtomobilin kirayə götürüldüyü və yüksək sürətlə idarə olunduğu qeyd edilib. Belə ki, nəqliyyat vasitəsi əvvəlcə 3-4 avtomobili vurub, daha sonra isə 33-cü polis bölməsinin divarına çırpılıb.