Qubada 45 yaşlı kişi arvadının şikayəti əsasında həbsə göndərilib. "Qafqazinfo”nun məlumatına görə, ailə üzvləri arasında mübahisə E.Kərimovun arvadından işdən çıxmasını tələb etməsi ilə başlayıb.
O, sonradan sərxoş vəziyyətdə həyat yoldaşını küçədə nalayiq sözlərlə təhqir edib.
Səs-küyə gələn polis əməkdaşları E.Kərimovu şöbəyə aparıblar. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.