Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
ATU-nun Mətbuat katibi Günel Aslanova deyib ki, bir müddət öncə Azər Baxşəliyevin ürək fəaliyyəti dayanıb:
"Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır".
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.
APA
***
17:12
Aktyor Azər Baxşəliyev vəfat edib.
Bu barədə ATU-nun Mətbuat katibi Günel Aslanova məlumat verib.
O bildirib ki, aktyor dünən xəstəxanaya koma vəziyyətində daxil olub: "Azər Baxşəliyev dünən koma vəziyyətində xəstəxanaya daxil olub. O, bu gün günorta saatlarında vəfat edib. Daha əvvəl isə böyrək çatışmazlığından əziyyət çəkib və bunula bağlı əməliyyat olunub".
***
16:36
Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağırdır.
Bu barədə Azərbaycan Tibb Universitetindən məlumat verilib.
Bildirilib ki, o xəstəxanaya gələrkən koma vəziyyətində olub:
"Azər Baxşəliyev vəfat etməyib. Hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Xəstəxanaya gətirilərkən koma vəziyyətində olub"./Oxu.az