"ƏDV dələduzluğu"nda ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqının vaxtı bəlli olub. Pravda.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Maliyyə Nazirliyinin zərərçəkmiş qismində tanındığı bu cinayət işi üzrə məhkəmə hazırlıq iclası yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək.
Cinayət işi üzrə təqsirləndirilən şəxslər Rasim Serqey oğlu Əliyev, Rəşad Füzuli oğlu Bağırov, Aleksey Sergeyeviç Yunin, Rəşad Gündüz oğlu Tağıyev, Müşviq Niymət oğlu Lətifov və Cavid İsrafil oğlu İsmayılzadədir. Onlar Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2 və 177.4 (mütəşəkkil dəstə tərəfindən külli və xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 202.2-ci (külli miqdarda ziyan vurmaqla kommersiya sirri olan məlumatları qanunsuz yolla yayma) maddələri ilə ittiham edilir.