Aktrisa Zümrüd Qasımova bulvarda avtomobil dayanacaqları üçün ödəmə məntəqələrindən şikayətlənib.
Pravda.az Yenisabah.az-a istinadən xəbər verir ki, sənətçi ödəmə aparatlarının işləmədiyini, hər kəsin tıxacda qaldığını bildirib.
Zümrüd bulvardakı vəziyyətdən şikayətləndi: Bu nə biabırçılıqdır?!
"3 aparat var, hamısını bağlayıblar. Biri var, orada da insanlar neçə saatdır dayanıb gözləyirlər. Pulu ödəyənlər belə çıxa bilmir. Bu, nə biabırçılıqdır?".