Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Bu gün Günəş Yerə ən yaxın məsafədə olacaq

2 175
Paylaş:
Bu gün Günəş Yerə ən yaxın məsafədə olacaq

Yanvarın 4-də Yer sakinləri 2025-ci ildə ən böyük günəş diskini müşahidə edə biləcəklər, çünki Günəş Yerdən minimum məsafədə, başqa sözlə Yerə ən yaxın məsafədə olacaq.


Bu barədə “Moskva planetariumu” məlumat yayıb.


“4 yanvar - Yer periheliondadır, Günəşdən ən yaxın məsafədədir, bu, bizə Günəşin ən böyük diskini 2025-ci ildə müşahidə etməyə imkan verəcək”, - məlumatda deyilib.


Astronomlar bu il iki Ay və iki Günəş tutulmasının olacağını bildiriblər. Ay tutulmaları martın 14-də və sentyabrın 7-də, Günəş tutulması isə martın 29-da və sentyabrın 21-də müşahidə olunacaq.


Yanvarın 16-da Marsı müşahidə etmək üçün ən yaxşı şərait olacaq. Mars Yerə ən əlverişli məsafədə yaxınlaşacaq ki, bu fenomen “Marsın qarşıdurması” adlanır./Report

Paylaş:

Ən son xəbərlər