Bu gün - 5 yanvar Baku.ws saytının fəaliyyətə başlamasından 21 il ötür.
Baku.ws yarandığı ilk günlərdən məhdud kollektiv və imkanlarla ölkənin internet resursları arasında öz sözünü deməyi bacarıb. Peşəkarlıq və operativlik yarandığı ilk günlərdən Baku.ws-ə populyarlıq qazandırıb.
Bu gün sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərən ən oxunaqlı, operativ və etibarlı xəbər istehsalçılarından biridir. Baku.ws-də Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbər, analitik yazı, reportaj, müsahibə və araşdırmalar, eyni zamanda regionda və dünyada baş verən ən son xəbərləri izləmək mümkündür.
Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan Baku.ws 21 il ərzində Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayır.