Heydər Əliyev Beynəlxalq Hava limanından Varşavaya "Polish Airlines" aviaşirkətinin həyata keçirməli olduğu LOT-722 reysi təyyarədə yaranmış texniki nasazlıq səbəbindən ləğv edilib.
Bu barədə hava limanının Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə, aviaşirkət tərəfindən alternativ təyyarə göndəriləcək, sərnişinlər uçuşun yeni vaxtı barədə məlumatlandırılacaq.