Xətai rayonunda yerləşən Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi arasında qalmaqal yaşanıb. Direktorla müəllimlərdən biri arasında başlayan qalmaqala müəllimin ailə üzvləri də qoşulub və iş məhkəməyə qədər uzanıb.
Məhkəməyə müraciət edən şəxs direktor Zəravənd Quliyev olub.
Direktor kollektivdən Pərvanə Rüstəmovadan, onun oğlundan və ərindən şikayətçi olub. Onların böthan və təhqirə görə cəzalandırılmasını istəyib. Müəllimlərin bir neçəsi direktorun tərəfini saxlayıblar.
Xətai Rayon Məhkəməsinə üz tutan Z.Quliyev qeyd edib ki, Pərvanə Rüstəmova ondan əsassız şikayətlər edib. Buna görə də ona bir dəfə töhmət verilib. Lakin Pərvanə Rüstəmova ondan yenə də şikayətlər edib, qanunsuz əməllərə yol verdiyini ölkə rəhəbrliyinə qədər yazdığı məktublarda deyib.
Bundan sonra Pərvanə Rüstəmovanın müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verilib. Amma Mediasiya zamanı barışıq əldə edilib və P.Rüstəmova işinə bərpa edilib. Lakin bundan sonra da tərəflər arasında dava-dalaş səngiməyib.
Direktorun sözlərinə görə, şura iclası keçirilən zaman P.Rüstəmova da orada olub. İclasda 19 nəfər iştirak edib. Onlardan 4 nəfəri videogörüntü ilə iclasa qoşulub. Həmin iclasda P.Rüstəmovaya dərsə gəlmədiyi üçün töhmət elan edilib. Direktorun iddiasına görə, P.Rüstəmova ayağa qalxaraq “tfu, sizin kimi kollektivə” deyərək etiraz edib. Direktor da bunu özünə və kollektivə təhqir kimi qəbul edib.
Direktorun şikayətindən sonra kollektivdən bir neçə müəllim də onu dəstəkləyib və P.Rüstəmovanın onları təhqir etdiyini, üzlərinə tüpürdüyün deyiblər.
Bunlardan əlavə, Pərvanə Rüstəmova ölkə rəhbərliyinə müraciət edərək direktorun qanunsuz əməlləri barədə yazıb. Qeyd edib ki, direktor əlavə vakant yerlər açaraq işçi götürür, müəllimlərdən qanunsuz pullar yığır, kollektivlə normal davranmır.
Direktor həmçinin P.Rüstəmovanın oğlu Orxandan da şikayətçi olub. Onun sözlərinə görə, Orxan anasının əmək kitabçasını götürməyə gələn zaman aralarında mübahisə olub. Direktor əmək kitabçasını ona verə bilməyəcəyini deyib. Bu zaman Orxan ona “50-100 manatdan alıb camaatı aylığa saxlayırsan. Mənim üçün kişi olub” deyərək ona böhtan atıb.
Pərvanə Rüstəmova iddialara cavab olaraq məhkəmədə bunları deyib: