“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) insan resursları departamentinin rəhbəri Ceyhun Nağıyev inzibati məsuliyyətə cəlb edilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi onu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cərimələyib.
Bu maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.