Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

1 168
Paylaş:
Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

Azərbaycanda daha bir məktəb direktoru koronavirusa yoluxub.

Pravda.az-ın xəbərinə görə, Təhsil Nazirliyindən bildirilib ki, Masallı rayonu Təzə Alvadı kənd məktəbinin direktoru, 1958-ci il təvəllüdlü Süleymanov Möhsün Cabir oğlu koronavirus (COVİD-19) diaqnozu ilə bağlı Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məktəb direktorunun səlahiyyətləri Möhsün Süleymanov sağalıb işə qayıdanadək təlim-tərbiyə işləri üzrə direktor müavini Həsrətov Ramin Xudacan oğluna həvalə edilib.

Xatırladaq ki, daha öncə Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızının da test nəticəsi pozitiv çıxdığından xəstəxanaya yerləşdirilmişdi.Qafqazinfo

Paylaş:

Ən son xəbərlər