Salyan rayonunun Yeni Uluxanlı kəndində dəhşətli qətl hadisəsi baş verib. 38 yaşlı Mətanət Hüseynova həyat yoldaşı Röyal Hüseynovu amansızcasına qətlə yetirib.
Belə ki, Mətanət Hüseynova aralarında yaranmış mübahisə zamanı Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq onun həyatına son qoyub.
Cinayəti ört-basdır etmək məqsədilə ertəsi gün meyiti hissələrə bölərək yaxınlıqdakı kollektora atıb.
"Qardaşım dekabrın 17-dən itkin düşüb, yoldaşı bunu bizə ayın 19-u deyib. Polislərə müraciət etdik, tapdılar. Həyat yoldaşı çox yalanlar danışırdı, buna görə də ona inanmırdım. Üç övladları var, bir balasını balaca qardaşım yanında saxlayır. Aralarında münaqişə olurdu, dolana bilmirdilər. O qadının atası da qızından imtina edib", - deyə mərhumun qardaşı jurnalistlərə açıqlamasında söyləyib.