Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda evinin sökülməsinə etiraz edənlə qadınla razılıq əldə olundu - YENİLƏNDİ

1 744
Paylaş:
Bakıda evinin sökülməsinə etiraz edənlə qadınla razılıq əldə olundu -       YENİLƏNDİ

Gold məkan MTK tərəfindən bildirilib ki, tikinti ərazisindəki sakinlərlə qarşılıqlı razılaşma əldə olunaraq müvəqqəti kirayə haqları ödənilməklə və yeni mənzillə təmin edilməklə köçürülmə işləri aparılıb.

Adıçəkilən sakin isə şirkət tərəfindən təklif olunan şərtlərlə razılaşmadığı üçün belə bir hal baş verib. Hazırda həmin sakinlə qarşılıqlı razılıq əldə olunub.

***

12:56

Paytaxtın Nərimanov rayonunda evinin sökülməsinə etiraz edən qadın intihar edəcəyini bildirib. Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, Fətəli xan Xoyski küçəsi ilə Faiq Yusifov küçəsinin kəsişməsində hazırda belə bir hal yaşanır.

Qadın evinin sökülməsinə razı olmasa da, icra nümayəndələri söküntü işləri aparırlar.

Xanım bildirib ki, söküntü dayandırılmasa, özünü atacaq.

.

Paylaş:

Ən son xəbərlər