Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Tiktoker "Nurdan" həbs edildi

3 868
Paylaş:
Tiktoker "Nurdan" həbs edildi

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan "Nurdan" ləqəbli Nurdan Yusifova həbs edilib.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə xanım tiktoker barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Nurdan Yusifovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, "TikTok" əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.//Lent.az

Paylaş:

Ən son xəbərlər