Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan daha bir idmançı barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
Xətai Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.
Qərara əsasən, təqdimat təmin edilib, saxlanılan Elvin Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.