Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib. Modern.az-ın əldə etdiyi məlumata görə, o, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Məlumatı açıqlamasında Hüseyn Əsgərovun özü təsdiqləyib.
O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək.