Yasamal rayonunda fəaliyyət göstərən “Real Hospital”la bağlı cərimə pritokolu tərtib edilib.
Pravda.azTribunainfo.az-a istinadən xəbər verir ki, hospitalın İnzibati Xətalar Məcəlləsinin sanitariya və gigiyena qaydaları əleyhinə olan 215.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
