Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

AZAL Kazana bütün uçuşları dayandırdı

1 564
Paylaş:
AZAL Kazana bütün uçuşları dayandırdı

Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşlar qeyri-müəyyən müddətə dayandırılır.

Pravda.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatında qeyd olunub.

"Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq", - AZAL-dan bildirilib.

Paylaş:

Ən son xəbərlər