Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı

2 062
Paylaş:
İlyas İsmayılov reanimasiyaya yerləşdirildi -     vəziyyəti ağırdı

Ədalət Partiyasının sədri İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib, vəziyyəti ağırdır.

Pravda.az xəbər verir ki, bu barədə Teleqraf.com-a sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovun yaxın qohumu deyib.

"İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, o xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır", - deyə o əlavə edib.

İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.

Paylaş:

Ən son xəbərlər