Dövlətə xəyanətdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16 il 6 ay, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il, Ağasif Ağayev 7 il müddətinə azadlıqdan məhrum olunub.